Joze Mourinyo: “O epizodu Hollywood dakılar da izləməlidir

07.04.2025

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə Super Liqasının XXX turu çərçivəsində "Fənərbaxça" öz meydanında "Trabzonspor"u 4:1 hesabı ilə məğlub edib.

Apasport.az xəbər verir ki, "sarı-lacivərdlilər"in baş məşqçisi Joze Mourinyo oyundan sonra keçirilən mətbuat konfransında bir sıra açıqlamalar verib:

"Bu qalibiyyət münasibətilə bütün futbolçularımı təbrik edirəm. Çox yaxşı matç keçirdilər. İlk hissədə verilməyən bir penalti epizodumuz var idi. Əslində ilk 45 dəqiqəni biz öndə baş vurmalıydıq".

Təcrübəli mütəxəssis həmçinin "Qalatasaray"a 1:2 hesabı ilə məğlub olduqları kubok matçında yaşanan hadisələrə də fikir bildirib:

"Bəzi hadisələri sözlərlə ifadə etməkdənsə, görmək daha yaxşıdır. Həmin epizod haqqında da deyilməli heç bir söz yoxdur. Rəqib baş məşqçi özünü çox yaxşı tərəfdən göstərdi (gülərək). Məncə o epizodu "Hollywood"dakılar da izləməlidir".

Braziliyalıdan maraqlı qol sevinci - VİDEO “Fənər”in cəzası müəyyənləşdi - 3 matç iştirak edə bilməyəcəklər Mourinyonun cəzası MÜƏYYƏNLƏŞDİ “Bavariya”da ciddi itki - 8 həftə olmayacaq Ronaldo dubl etdi, komandası qələbə qazandı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью