Joze Mourinyo: “Ona qapıya zərbə vurmağı tapşırmamışdım”

05.11.2026

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Madrid “Real”ının baş məşqçisi Joze Mourinyo UEFA Çempionlar Liqasının Liqa mərhələsinin dördüncü turunda Yunanıstanın AEK klubu üzərində qazanılan 3:2 hesablı qələbəni şərh edib.

İdman.Biz “Marca” nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis qarşılaşmanın 90+2-ci dəqiqəsində qələbə qolunu vuran Federiko Valverdeyə hansı tapşırığı verdiyini açıqlayıb.

“O, sağ cinah müdafiəçisi mövqeyində oynayanda belə vəziyyətlərə düşməsi daha çətin olur. Bu gün ona qapıya zərbə vurmağı tapşırmamışdım. Dedim ki, oyun açıq xarakter alıb, hər iki komanda yorulub və indi yüksək sürətlə hərəkət etmək lazımdır. Fede kimi fiziki cəhətdən gümrah futbolçu böyük məsafələri sürətlə qət edə bilir. Ondan boş zonalar axtarmasını istədim”, - deyə Mourinyo bildirib.

Madrid təmsilçisinin çalışdırıcısı məhsuldar fəaliyyəti ilə yadda qalmayan və 81-ci dəqiqədə əvəzlənən Vinisius Juniorun çıxışını da qiymətləndirib.

“Məncə, o, yaxşı oyun keçirdi. İki əvəzetmə ilə cinahdakı oyunumuzu canlandırmaq istədim. Alvaro cinah boyunca hücumlara fəal qoşulur, Braim isə mərkəzdə yaxşı oynayır. Amma Vinisius da kifayət qədər yaxşı təsir bağışladı”, - deyə baş məşqçi əlavə edib.

Qeyd edək ki, “Real Madrid” Çempionlar Liqasının Liqa mərhələsində ardıcıl dördüncü qələbəsini qazanıb. Madridlilər 12 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıblar.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью