Joze Mourinyo “Real Madrid“də tarix yazdı: XXI əsrin rekordu

22.11.2026

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Joze Mourinyo "Real Madrid"in baş məşqçisi kimi İspaniya çempionatında ardıcıl ev qələbələrinin sayına görə XXI əsrin rekorduna imza atıb.

Moderator.az xəbər verir ki, bu barədə jurnalist Pedro Martin "X" sosial şəbəkəsində məlumat yayıb.

Portuqaliyalı mütəxəssisin rəhbərlik etdiyi Madrid təmsilçisi La Liqada doğma meydanda ardıcıl 17-ci qələbəsini qazanıb. Komanda bu göstəriciyə İspaniya çempionatının cari mövsümünün 13-cü turunda "Selta"nı 2:1 hesabı ilə məğlub etməklə nail olub.

Bundan əvvəl "Real Madrid" "Santyaqo Bernabeu" stadionunda "Sevilya" (4:1), "Vilyarreal" (1:0), "Rayo Valyekano" (4:1), "Malaqa" (4:0) və "Real Sosyedad" (4:1) üzərində qələbə qazanıb.

Qeyd edək ki, Mourinyonun Madrid klubundakı sonuncu mövsümü olan 2012/2013 mövsümündə komanda ardıcıl 11 ev qələbəsi əldə etmişdi.

Hazırkı 17 oyunluq qələbə seriyası XXI əsrdə "Real Madrid"in baş məşqçiləri arasında ən yaxşı göstəricidir. Eyni nəticəyə 1985/1986 mövsümündə Luis Molovni də nail olub.

Bu göstərici üzrə mütləq rekord isə Miqel Munyosa məxsusdur. Onun rəhbərliyi altında "Real Madrid" 1960-1962-ci illərdə ardıcıl 22, 1962-1963-cü illərdə isə ardıcıl 18 ev qələbəsi qazanıb.

(oxu.az)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью