Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır. "Derbi matçları böyük görüşlərdir.
Arda Turan, Selçuk İnan və Çağdaş Atan çox bacarıqlı mütəxəssislərdir".
Apasport.az xəbər verir ki, bunu "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo deyib.
O, Super Liqanın XIV turunun "Qaziantep"lə matçını dəyərləndirib.
Portuqaliyalı 4:1 hesabı ilə qələbə qazandıqları görüş barədə fikirlərini bildirib: "Matça çox güclü başladıq.
Oyunu erkən bitirmək üçün fürsətlərimiz oldu. Amma bacara bilmədik. Rəqibin yaxşı baş məşqçisi var, uğurlu oyun planı sərgiləyirlər.
"Qaziantep"in təzyiqini üzərimizdə hiss etdik. İkinci hissədəki çıxışımızdan razı qaldım. Layiqli qələbə qazandıq.
Selçuk İnanı da təbrik edirəm". Mütəxəssis Duşan Tadiç və Oğuz Aydını xüsusi fərqləndirib: "İrfan Canın ciddi zədəsi var idi.