Joze Mourinyodan tənqidçilərinə cavab: Son iki ildə türklərdən çox final görmüşəm

29.05.2025

Icma.az bildirir, Oxu.az portalına istinadən.

"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo klubdakı gələcəyi haqqında danışıb.

Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarına sərt cavablar verib.

"Klubda qalacağam? Prezidentimiz bir neçə həftə əvvəl dedi ki, məni saxlamaq istəyir. İndi mövqeyi dəyişibsə, bilmirəm, mənə məlumat verilməyib.

Son 7 ildə iki dəfə avrokuboklarda final oynamışam. Belə deyim, son illərdə türklərdən daha çox final görmüşəm. Növbəti mövsümdə hədəfimiz Çempionlar Liqasında qruplara qalmaqdır. Bunun üçün ciddi hazırlaşmalıyıq".

Qeyd edək ki, "Fənərbağça" Superliqada sona bir tur qalmış gümüş medalları təmin edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью