Joze Mourinyonun cəzası açıqlandı | Icma.az
Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyonu cəzalandırıb.
Sport24.az xəbər verir ki, qurum portuqaliyalı mütəxəssisi 1 oyunluq diskvalifikasiya edib. Bu barədə TFF-nin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Joze Mourinyo Super Liqanın 11-ci turunun "Trabzonspor"la matçından sonra azarkeşlərə jestlər edib, həmçinin hakimlər barədə sərt ifadələr işlədib.
Məşqçi həmçinin, 958 min TL cərimə olunub. Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu