Joze Mourinyonun komandası bu dəfə də “Nyukasl”a məğlub olub | Icma.az
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Çempionlar Liqasının ümumi mərhələsinin 3-cü turunda “Benfika” “Nyukasl”ın qonağı olub.
İdman.Biz-in məlumatına görə, oyun “Sent Ceyms Park” stadionunda baş tutub. Meydan sahibləri 3:0 hesabı ilə qalib gəliblər.
Hesabı 32-ci dəqiqədə "Nyukasl"ın hücumçusu Entoni Qordon açıb.
İkinci hissənin 71-ci dəqiqəsində forvard Harvi Barns komandasının qapıçısı Nik Popun ötürməsindən yararlanıb.
Barns daha sonra 83-cü dəqiqədə dubla imza atıb. 3-cü turdan sonra “Nyukasl”ın altı xalı var.
Joze Mourinyonun “Benfika”sı isə bir xal belə toplamayıb. İdman.Biz Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisə
Tam oxu
Xəbəri oxu