Icma.az bildirir, Fanat portalına istinadən.
"Real Madrid" klubunda baş məşqçi postuna yenidən portuqaliyalı mütəxəssis Joze Mourinyu gətirilib.
Fanat.Az xəbər verir ki, İspaniya nəhəngi bu keçid üçün Lissabon təmsilçisinə 15 milyon avro təzminat ödəyib.
Karyerası ərzində "İnter", "Çelsi" və son olaraq məhz "Benfika"nı çalışdıran təcrübəli mütəxəssis 2010-2013-cü illərdə də Madrid klubuna rəhbərlik etmişdi.
Mourinyunun gedişindən sonra Portuqaliya klubu baş məşqçi postu üçün Marko Silva ilə 3 illik müqavilə imzaladığını elan edib.
Aktivində iki Çempionlar Liqası titulu olan 63 yaşlı çalıştırıcı yeni mövsümdən rəsmən "kral klubu"nun uğurları üçün mübarizə aparacaq.