Joze Mourinyudan şok qərar

17.06.2026

Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İtaliya A Seriyasının son çempionu "İnter", "Real Madrid"in fransalı yarımmüdafiəçisi Eduardo Kamavinqanı yay üçün əsas transfer hədəfi seçib.

Fanat.Az xəbər verir ki, "Mundo Deportivo" nəşri qitə futbolunda böyük əks-səda doğuracaq bir iddia irəli sürüb.

Məlumata görə, "İnter"in prezidenti Beppe Marotta ilə "Real"ın rəhbəri Florentino Peres arasında artıq ilk rəsmi təmaslar baş tutub. Madrid təmsilçisinin baş məşqçisi Joze Mourinyunun heyəti yenidən qurmaq və digər transferlərə büdcə yaratmaq üçün Kamavinqanın satışına razı olduğu bildirilir.

Futbolçu "Santiaqo Bernabeu"da qalıb forması uğrunda mübarizə aparmaq istəsə də, "İnter" bu keçidi bitirməkdə çox qərarlıdır.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью