Icma.az, Sonxeber.az portalına istinadən məlumatı açıqlayır.
"Jozep Borrelli Fransanın törətdiyi cinayətlərə haqq qazandırır" - Bəhruz Quliyev "Azərbaycanın COP29 kimi mötəbər beynəlxalq tədbirə uğurla ev sahibliyi etməsi bəzi beynəlxalq təşkilatları, eləcə də Fransa, Hollandiya kimi dövlətləri ciddi narahat edir.
Ona görə də, hər cür qərəzli açıqlamalar yaymaqla və fikirlər səsləndirməklə beynəlxalq konfransın uğurlarına kölgə salmağa cəhd edirlər".
Bunu Sonxeber.az-a açıqlamasında "Səs" Media Qrupunun rəhbəri Bəhruz Quliyev deyib.
Baş redaktor mövcud vəziyyətə əsaslanmaqla vurğulayıb ki, dünyada sülhün, təhlükəsizliyin və ətraf mühitin mühafizəsinə xüsusi önəm verən dövlətlər və xalqlar belə dairələrin Azərbaycana yönəlik qərəzli açıqlamalarına və hesabatlarına əhəmiyyətsiz yanaşmaqla ölkəmizin mövqeyini müdafiə edirlər: "BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında 196 ölkədən 72 min nəfər insanın qeydiyyatdan keçməsi tədbirin yüksək səviyyədə baş tutduğunu təsdiqlədi.
Konfransın ilk gündən iqlim dəyişmələri və ekoloji problemlərlə bağlı geniş və əhatəli çıxışlar oldu, təklif və ideyalar irəli sürüldü.
Bütün dünyanın diqqətinin Azərbaycanda olmasında ciddi narahat olan Fransa, Hollandiya kimi dövlətlər və onların təsiri altında olan beynəlxalq təşkilatlar tədbirin gözdən salınmasına uğursuz cəhdlər göstərirlər.
Xüsusilə də, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel siyasi etikadan və prinsiplərdən kənar fikirlər səsləndirməklə qeyd edib ki, Avropadan kənar ölkələr cəngəlikdir və bu əraziləri vəhşi qanunlarla idarə etmək lazımdır.