“J.P. Morgan” MDB ölkələri üzrə vitse prezident təyin edib

05.11.2026

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“J.P. Morgan”ın MDB ölkələri üzrə qlobal korporativ bankçılıq komandasında vitse-prezident təyin edib.

“APA-Economics” xəbər verir ki, bu vəzifəyə Yerbolat Jumaxmetov (Yerbolat Zhumakhmetov) seçilib. Y. Jumaxmetov yeni vəzifəsini Qazaxıstanın Almatı şəhərində icra edəcək.

O, bundan əvvəl 10 il ABŞ-nin “Citigroup” maliyyə qrupunun “Citi” brendi altında fəaliyyət göstərən Qazaxıstan bölməsində təxminən çalışıb, bankın Astana filialının rəhbəri vəzifəsini müvəqqəti icra edib. Daha əvvəl “Altyn Bank” və “HSBC Bank Kazakhstan”da işləyib, 2009-cu ildə isə “J.P. Morgan”da təcrübə keçib.

Qeyd edək ki, “J.P. Morgan” ABŞ-nin “JPMorgan Chase & Co.” maliyyə qrupunun korporativ və investisiya bankçılığı xidmətləri göstərən beynəlxalq brendidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью