J.P. Morgan şirkətinin sədri: Azərbaycanda sabit investisiya mühiti var | Icma.az
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycanın beynəlxalq maliyyə bazarlarında etibarlı tərəfdaş kimi mövqeyi yüksək qiymətləndirilir.Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ-nin "J.P.
Morgan" şirkətinin sədri və baş icraçı direktoru Ceymi Daymon Davosda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.O qeyd edib ki, Azərbaycanda sabit investisiya mühiti var.
C.Daymon həmçinin Azərbaycanın ardıcıl maliyyə siyasəti həyata keçirdiyini qeyd etdi.O rəhbərlik etdiyi şirkətin Dövlət Neft Fondu ilə uzunmüddətli əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini, bu tərəfdaşlığın möhkəm institusional əsaslara söykəndiyini və onun daha da dərinləşdirilməsində maraqlı olduqlarını bildirdi.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu