JPMorgan bu ay ECBdən daha böyük faiz endirimi gözləyir

02.12.2024

Banco.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Müəllif: Tamara Mustafayeva, Banco.az

“JPMorgan” dekabr ayında ECB-dən daha böyük faiz endirimi gözləyir.

Banco.az xəbər verir ki, “JPMorgan” Avrozonada iqtisadi aktivliyin zəifləməsi səbəbindən dekabr ayında ECB-dən 50 baza bənd faiz endirimi gözləyir.

Xatırladaq ki, noyabr ayında Avrozonada biznes fəaliyyəti təəccüblü şəkildə azalmış, baza inflyasiya proqnozlardan aşağı reallaşmışdı.

Bankın iqtisadçılarının fikrincə, ECB üzvlərindən 50 baza bəndi azalma ilə bağlı heç bir aydın siqnal olmasa da, iqtisadi məlumatların sürətlə dəyişməsi tezliklə cəsarətli addıma haqq qazandıra bilər.

Qeyd edək ki, ECB İdarə Heyətinin üzvü Fransua Villeroy de Qalhau da ötən çıxışında endirimlərin tempinin və məbləğinin yaxın aylarda müəyyən ediləcəyini bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью