Icma.az bildirir, Banco.az saytına əsaslanaraq.
Müəllif: Tamara Mustafayeva, Banco.az
“JPMorgan”ın xidmət göstərən şirkətlərinə kiberhücum olub.
Banco.az xəbər verir ki, ABŞ-nin iri banklarından biri olan “JPMorgan Chase” üçüncü tərəf xidmət təminatçılarına qarşı kiberhücum nəticəsində bəzi müştərilərin məlumatlarının da yer aldığı marketinq məlumatlarına giriş əldə edildiyini ehtimal etdiklərini açıqlayıb.
Bank sosial şəbəkə hesablarında yayımladığı eyni məzmunlu açıqlamalarda xidmət təminatçılarının kiberhücuma məruz qaldığını öyrəndiklərini bildirib. İlkin araşdırmalara görə, hücum edən şəxslərin əldə etdiyi marketinq məlumatları arasında bəzi müştərilərin adları və elektron poçt ünvanları da ola bilər.
“JPMorgan Chase” xidmətlərində hər hansı fasilənin yaranmadığını qeyd edib. Bank zərurət yarandığı halda təsirə məruz qalan müştərilərlə birbaşa əlaqə saxlayaraq, kredit tarixçəsinin izlənməsi üzrə ödənişsiz xidmət də daxil olmaqla, dəstək göstərəcəyini açıqlayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!