Jujan Ordası və jujanlar

18.08.2026

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Taleh Cəfərov
ADPU-nun Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının dosenti,
tarix üzrə fəlsəfə doktoru

(əvvəli BU LİNKDƏ)

Jujan-Çin münasibətləri (VI əsr). V əsrin sonlarında Çinin əvvəlki qüdrətini itir­məsi jujanların yenidən buraya hücumuna zəmin hazırladı. Yeni jujan xaqanı Dou­lun (485-492) ölkədə baş qaldıran narazılıqları ört-basdır etmək üçün Çinə qarşı yü­rüş təşkil etməyi planlaşdırdı. Çin mənbələri xüsusilə “öldürməkdən zövq alan” kimi tərif etdiyi Doulunun dövründə yürüşə narazı olan teles tayfası üsyan edərək qər­bə doğru hərəkət etdi. Sibir çayı vadisində qərar tutan telelərin başçısı Mitovu bu­rada “Səmanın böyük oğlu” titulunu qəbul edərək özünü jujan xaqanı ilə bərabər sə­­­viyyədə qoydu. 490-cı ildə şərqdən çinlilərlə birlikdə hücuma keçən teleslər ju­jan­la­rın böyük əksəriyyətini əsir götürdülər. Məğlubiyyətin güna-hı­nı xanda görən jujan əyan­ları 492-ci ildə onu öldürdülər. Bununla teleslər dövlət çev­rilişi edərək ju­jan­lar­dan ayrıldılar və 492-ci ildə öz dövlətlərini yaratdılar. Bu-nunla da böyük çöldə jujan əsrinin çöküş mərhələsi başladı. Jujanlar artıq yüksəliş de­yil, yaşamaq uğrunda mübarizə apa­r­maq­­­da idilər. Sui-qəsd nəticəsində öldürül-müş Doulun xanı hərbi işlərdə daha uğurlu olan əmisi Naqay (492-506) əvəz etdi və o da cəmisi bir il hakimiyyətdə oldu. Peter Golden isə Naqay xanın 506-cı ilə­dək hakimiyyətdə olduğunu və eftalitlərlə birgə teles tayfasına qarşı ciddi mübarizə apardığını yazır. Hakimiyyətdə olduğu dövrdə Naqay xan xələfinin hərbi planla-rından imtina etdi. Onun yerinə keçən oğlu Futu (Peter Golden 506-508-ci illər ya­zır) atasının siyasətinə sadiqlik nümayiş etdirdi. Futunun dövründə teleutlar öz­lə­ri­nin Qaogün adlı dövlətlərini yaratdılar. 496-cı ildə Qaogün dövlətinin eftalitlər tə­rəfindən zəbt edilməsi ilə onlar jujanların qonşusuna çevrildilər. Bu dövrdə Turfan va­disində mövcud olan Qaoçan knyazlığı jujanlarla bir ittifaqda çinli hakimə qarşı mübarizə aparırdı. 500-cü ilə qədər davam edən ittifaqa qarşı Çin mənafelərini qorumaq məqsədilə Mın Veyin komandanlığı altında üç min ordu göndərildi. Xamidə ju­jan­la­rın sıxışdırılması ilə paralel çinlilərin teleutları jujanlar əleyhinə qaldırması halları vü­sət almışdı. Teleutlar Çindən aldıqları 60 top ipəyin əvəzini döyüşərək verməli idi­lər. Puley gölü yaxınlığındakı döyüşdə teleutların başçısı Mi­to­vu jujanlara öl­dü­rü­cü zərbə vurdu. Cənuba doğru qaçan jujanlar Mın Veyin or­du­su ilə qarşılaşdılar. Bu dəfə ge­riyə qaçarkən teleutlarla uz-üzə gələn jujanlar 508-ci il­də məhv edildilər. Hə­m­çi­nin baş vermiş döyüşdə Futu xan öldürüldü. Onun varisi Çeunu (508-520) iki dəfə Çin­lə danışıq aparmağa cəhd etdi. 516-cı ildə Qaogün dövlətinə hücum et­dik­dən son­ra Mitovunu qətlə yetirdi. Lakin dörd ildən sonra te-leslər bu məğlubyyətin əvə­­zi­ni çıxaraq jujanlara öldürücü zərbə vurmuş oldular. 518-ci ildə Vey imperatoru Say Mindinin qəbulunda olan jujan xanına cəzasını yün­gül­ləş­di­rə­cək töhmət elan edil­­di. Bu artıq jujanların Çin tərəfindən bağışlan-ması anlamını ifadə edirdi. Bundan son­­ra Çeunu teleutlar üzərinə yürüş edərək məğlub etdi və eftalitlərlə saziş imzaladı. Qərb sərhədlərində nisbi sabitliyi bərqə-rar edən jujanlar bu dəfə şərqdə Koreya ilə mü­nasibət qurmağa can atır və bununla da Mancuriyada Vey sülaləsinin nüfuzunu aşa­ğı salmağa çalışırdılar. Bu zaman si-ya­si dağınıqlıq dövrünü yaşayan Çin məc­bu­riy­yət qarşısında qalaraq 518-ci ildə Qaoçan knyazlığının müstəqilliyini tanıdı. Artıq ju­jan ordasında vahidlik pozul-muşdu. 520-ci ildə Çounu anası və saray əyanları tərəfindən öldürüldü, onun yerinə taxta qardaşı Anaxuan (520-552) keçdi.

Jujan ordasının süqutu. Yeni çarın taxta çıxmasından 10 gün sonra ona mü­xa­lif olan yaxın qohumu Şifa adlı birisi düşərgəyə hücum edib Anaxuanı məğlub et­di. Anaxuan Çinə qaçdı, anası və qardaşları öldürüldü. Anaxuanın dayısı Polamın tə­rəfdarları ilə birlikdə Şifanın üzərinə hücum edərək onu məğlub edib xan titulunu ge­ri aldılar. 521-ci ildə ölkədə teleutların baş vermiş güclü üsyanı nəti-cəsində Po­la­mın məğlub olub bir qrup tərəfdarı ilə Çinə qaçdı. Mərkəzi dövlət apa-ratı məhv olma təh­­lükəsi ilə üzləşdi. Bundan istifadə edən İfu 521-ci ildə Qaogün dövlətini bərpa et­­di. Vey hökmdarı Polamın və onun silahdaşlarını Çinin daxili ra-yonlarında yer­ləş­dir­di. Daha çox etibar etdiyi Anaxuanı isə Çin sərhədlərindən kə-nar­da Dunxuanın (Şər­qi Türküstan) şimalında yerləşdirdi. Polamın Çin əsarətindən xilas olub ef­ta­lit­lə­rin yanına qaçmağa cəhd göstərsə də ələ keçərək zindana atıldı və orada öldü.

Anaxuan 522-ci ildə çinlilərdən sə­pin üçün 10 min kisə toxum aldı. Lakin jujanlar toxumluq darıları yemişdilər. Odur ki, növbəti il onların arasında aclıq başladı. Anaxuan təhqiqat üçün göndərilən Çin mə­murunu həbs etdirdi, ətrafda nə varsa hər şeyi taladı və ordası ilə bərabər şimala köç­dü. Anaxuanı ələ keçirmək üçün göndərilmiş dəstə isə istəyinə çata bilmədi. Jujanlar bu dəfə də Çin təhlükəsindən qurtulmuş oldular.

L.Qumilyov 524-cü ildə Vey imperiyasının şimalında Voye qalasında qiyam baş verdiyini və tezliklə geniş ərazilərə yayıldığını yazır. 525-ci ildə qiyamı ya­tır­ma­ğa müvəffəq olan Anaxuan Çin tərəfindən qiymətli hədiyyələr almaqla yanaşı, gü­nahları da bağışlanmış oldu. Anaxuan ciddi daxili təhlükələrlə üzləşdiyi üçün özü­nü Vey imperiyasının vas­­­­­salı elan edib onlardan kömək istədi. Bu bağ nigah mü­qa­vi­ləsi ilə möh­kəm­lən­di­ril­­di. Növbəti hədəf Qaogün knyazlığı oldu. Teleutlarla tək­bə­tək qalan jujanlar onları son nəfərinə qədər qırdılar. 540-cı ildə Qaogün dövləti tənəzzülə uğradı.

530-cu ildə Vey imperiyası Şərq və Qərb olmaqla bir-birinə düşmən olan iki döv­lətə bö­lündüyü zaman jujanlar yenidən telelər üzərində hakimiyyət iddiasına düş­dülər. Hadisələr Anaxuanı istər-istəməz hegemona çevirdi. Şər­qi Vey imperatoru Ana­xuan ilə ittifaq bağladı. Çünki Şimali Çində Şərqi və Qərbi Vey imperiyaları ara­sında qızğın müharibələr gedirdi. Müttəfiq axtarışına çıxan Qərqi Vey imperatoru 545-ci ildə göytürk tayfa başçısı və jujanların vassalı Buminlə ya­xın­laşdı. Lakin 551-ci ildə telelər jujanlara hücum edərkən göytürklər sədaqətlə ağa­la­rını dəs­tək­lə­di­lər və işğalçılara qalib gəldilər. Ona görə ki, zəif olduqlarını anlayan Bumin ju­jan­lar­la müharibə aparmaq iqtidarında deyildi. Vassal öhdəliklərini vaxtlı-vaxtında ye­ri­nə yetirən türkyutlar VI əsrin 50-ci illərində teles tayfasının üsyanını yatırmağa cəhd etdi. Teleslər türkyutlarla müharibədən çəkindikləri üçün Buminə tabe ol­duq­la­rını bildirdilər.

Telelərin jujanlara olan nifrəti onlar arasındakı münaqişəni sona çatdırmağa im­­kan verdi. Telelər jujanların məhvini istədikləri üçün türkyutların başçısı Buminə 50 min nəfərlik çadır bağışladılar. Jujanlarla münaqişə yaratmaq üçün Bumin təx­ri­ba­­ta əl atdı. O, Anaxuana müraciət edərək qızını ona ərə verməyi xahiş etdi. L.Qu­mil­­yov yazır ki, çöl adət-ənənələrinə görə bu türkyut hökmdarını Jujan xanına bə­ra­bər tutmaq demək idi. Nüfuzunu qorumağa can atan xaqan təbii ki, buna razı ola bil­­məzdi. Qəzəblənmiş xan Buminə kobud cavab verdi: “Sən mənim dəmir əridən kö­ləmsən, nə hədlə mənə belə bir təkliflə müraciət edirsən ?” Anaxunın rədd cavabı Bu­mini təhqir etsə də əslində ona elə bu lazım idi. Bütün körpüləri qabaqcadan yan­dır­mağa çalışan Bumin barışığa gələn jujan səfirinin edam edilməsini əmr etdi. 552-ci ilin qışında qəflətən hücuma keçən Bumin jujanları tam məğlubiyyətə uğratdı. Bu ha­disədən sonra Anaxuan intihar etdi, oğlu Yanyuçen isə müttəfiqi olan tsistlərin ya­nına qaçdı. Türkyutların qəfil hucumuna məruz qalan jujanlar həlak olmuş xanın əmisi Dınşıtszunu başçı seçib mübarizəni davam etdirdilər. Lakin Layşan dağı ya­xın­lığındakı döyüşdə yenidən darmadağın edildilər.

Bumin xanın müəmmalı ölümündən sonra taxta Muğan xan titulu ilə kiçik qar­dşı Kuşu xaqan çıxdı. Muğan xan jujanları yenidən ağır məğlubiyyətə uğratdı. Tsis imperatoru özünün bədbəxt müttəfiqlərini qəbul edib, onları təqib edən tür­kyut­la­rı dəf etdi. Lakin jujanlar Çində yaşamağa can atmadılar. Əmlaklarını və heyvan sü­rülərini itirən, zəhmətə alışmayan jujanlar yenidən soyğunçuluğa başladılar. Artıq 554-cü ildə Tsis onlara qarşı qoşun göndərməli oldu. Jujanlar məğlub olsalar da bu on­ların davranışını dəyişmədi. 555-ci ilin yayında Tsis imperatoru jujanları öz əra­zi­sindən çölə qovdu, burada isə onları türkyutlar və kidanlar darmadağın etdilər. Dın­şıtszu ordasının qalıqları ilə Qərbi Veydə özünə sığınacaq tapmağa çalışdı. Lakin bu­­rada Tsis imperiyasına qarşı mübarizədə müttəfiq kimi türkyutlara böyük ehtiyac du­­­yulurdu. Buna görə də türk səfirinə 3 min əli-qolu bağlı jujan əsirini təhvil ver­di­lər. Səfir ahıl yaşda olanların boynunun vurulmasını əmr etdi, lakin uşaqlara və knyaz­ları müşayiət edən xidmətçilərə rəhm etdi. Beləliklə, iki əsrlik jujan he­ge­mon-lu­ğuna 555-ci ildə son qoyuldu. Bundan sonra türkyutlar Böyük Çölün bütün şərq his­səsinin şəriksiz sahibinə çevrildilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью