Jül Künde “Barselona“ tarixində rekorda imza atdı

11.10.2026

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Barselona"nın müdafiəçisi Jül Künde klub tarixində ən çox matçda meydana çıxan fransalı futbolçu olub.

Moderator.az "Çempionat"a istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi İspaniya çempionatında "Xetafe" ilə qarşılaşmada "Barselona"nın heyətində 194-cü oyununu keçirib.

"Barselona"nın 3:0 hesablı qələbəsi ilə başa çatan matçda Künde qol vuraraq bu tarixi nailiyyətini qeyd edib. Beləliklə, o, Erik Abidalın rekordunu geridə qoyub.

Künde 2022-ci ilin yayında "Sevilya"dan transfer olunduqdan sonra "Barselona"da çıxış edir. Həmin vaxtdan bəri fransalı futbolçu bütün turnirlərdə 10 qol vurub və 22 məhsuldar ötürmə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью