Jül Kunde İspaniya millisinin ən güclü tərəfini deyib

14.07.2026

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fransa millisinin müdafiəçisi Jül Kunde İspaniya millisinin əsas gücünü açıqlayıb.

İdman.Biz bildirir ki, komandalar 2026-cı il dünya çempionatının yarımfinalında qarşılaşacaqlar.

“İspaniyanın gücü onların komanda oyununda, topa sahib olmalarındadır. Hücum keçidlərinə əsaslanan bir az fərqli oyun tərzimiz var, baxmayaraq ki, sabah topa sahib olmaq və onları səhv etməyə məcbur etmək üçün çox çalışacağıq. İspaniyanın topu 90 dəqiqə ərzində əlində saxlamasına icazə verə bilmərik, əks halda gec-tez müdafiəmizdə boşluq tapacaq və bizi yoracaqlar”, - deyə Kunde bildirib.

2026-cı il dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində Meksika, Kanada və ABŞ-da keçirilir. Fransa dörddəbir finalda Mərakeşi 2:0, İaspaniya isə Belçikanı 2:1 hesabı ilə məğlub edib.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью