Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyəli mərhum aktyor Kadir İnanırın vəfatından sonra geridə qoyduğu təxminən 1 milyard lirəlik (35 milyon manat) mirasla bağlı qalmaqal davam edir.
Axşam.az-ın məlumatına görə, İnanırın bacısı oğlu Levent İnanır mirasın 27 illik həyat yoldaşı Jülide Kurala buraxılması ilə bağlı daha bir etirazını dilə gətirib:
"Ehtiyac sahibi olan varisləri var. Kadir İnanır sənə lazım olanı etdi. Jülide, sən də sənə lazım olanı et.
2015-ci ildə hazırladığı vəsiyyətnamə ilə Jülideyə yalnız bir ev buraxır. Aradan 7 il keçdikdən sonra, 2022-ci ildə başqa bir vəsiyyətnamə hazırlayıb hər şeyini ona verir. Vəsiyyətnaməni ağlı başında imzaladığını düşünmürəm. Xəstəxanada biz kədərli olanda onların dava etdiyini gördük. Jülidenin zəhməti var, amma Kadir dayıma çox əzab verib".
Qeyd edək ki, aktyorun vəkili Beykoz Məhkəməsində açıqlama verərək vəsiyyətnamənin dekabrın 17-də açıqlanacağını bildirib.