Julio Romao “Ferensvaroş”da debüt etdi

10.02.2025

Icma.az bildirir, Qol.az portalına istinadən.

Julio Romao yeni klubu “Ferensvaroş”da debüt edib.

QOL.az xəbər verir ki, bugünlərdə “Qarabağ”dan ayrılan braziliyalı yarımmüdafiəçi dünən “Puşkaş FK Akademiya”ya qarşı səfərdə keçirilən Macarıstan çempionatın 19-cu turunun oyununda meydana çıxıb. Turun mərkəz matçında əsas heyətdə yer alan 26 yaşlı futbolçu 66 nömrəli forma ilə sonadək meydanda olub.

Onun debüt etdiyi oyunda isə “Ferensavroş” 0:1 hesabı ilə uduzub. “Puşkaş FK Akademiya” bu qələbə sayəsində xalını 38-ə yüksəldib və “Ferensavroş”u (36 xal) ötərək liderliyə yüksəlib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью