sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Qarabağ"ın sabiq futbolçusu Julio Romaonun yenidən Ağdam təmsilçisinin formasını geyinmək imkanı yaranıb.
Sport24.az-ın məlumatına görə, buna səbəb braziliyalı yarımmüdafiəçinin Macarıstanın "Ferentsvaroş" klubundakı gələcəyinin qeyri-müəyyən olmasıdır.
Romao komandanın Avstriyadakı təlim-məşq toplanışı üçün heyətə daxil edilməyib. Klubun onunla yollarını ayırmağa hazırlaşır. Hələlik bununla bağlı rəsmi açıqlama verilməyib.
Romaonun "Ferentsvaroş"dan ayrılacağı təqdirdə, yenidən "Qarabağ"a qayıtmaq ehtimalı da gündəmə gələ bilər. Braziliyalı futbolçu daha əvvəl verdiyi açıqlamada Ağdam klubuna dönüş variantını istisna etməmişdi.
Qeyd edək ki, Julio Romao 2022-2025-ci illərdə "Qarabağ"ın şərəfini qoruyub. O, ötən ilin fevralında Macarıstan çempionu klubuna transfer olunub.