Juninyo bizə çox kömək edəcək Flamenqo nun baş məşqçisi

20.01.2025

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

Braziliyanın "Flamenqo" komandasının baş məşqçisi Felipe Luis "Qarabağ"dan transfer etdikləri Olavio Juninyo barədə fikirlərini bölüşüb.

Fanat.Az "Uol.com"a istinadən xəbər verir ki, 39 yaşlı mütəxəssis belə danışıb:

"Juninyo bizə çox kömək edəcək. O, böyük hədəfləri olan futbolçudur. Heyətin səviyyəsini yüksəldəcək".

Qeyd edək ki, Juninyo 2023-cü ildən "köhlən atlar"ın formasını geyinib. Misli Premyer Liqasının və Azərbaycan Kubokunun qalibi olan forvard Ağdam klubunda 80 matça çıxaraq 42 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью