Juninyo Braziliyaya GETDİ

13.01.2025

Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Flamenqo”ya transfer olunan “Qarabağ”ın hücumçusu Juninyo Braziliyaya yollanıb.

Sfera.az xəbər verir ki, braziliyalıların futbol direktoru Joze Boto açıqlayıb.

O bildirib ki, 28 yaşlı forvard tezliklə tibbi müayinədən keçəcək: “Transferlə bağlı razılıq əldə olunub. Juninyo tibbi müayinədən keçdikdən sonra bizimlə müqavilə imzalayacaq. O, bu gün Rio de Janeyroda olacaq”.

Bu transfer “Qarabağ”a 5 milyon avro qazandıracaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью