Icma.az, Operativ MM portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Qarabağ" futbolçu Olavio Juninyonun Braziliyanın “Flamenqo” klubuna mümkün keçidi ilə bağlı rəsmi danışıqlarını davam etdirir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Şəxsi müqavilənin müzakirəsi və keçidin rəsmiləşməsi üçün 28 yaşlı hücumçu Braziliyaya - Rio de Janeyroya yollanıb.