Juninyo: Bu mənim üçün bir xəyal idi

26.01.2025

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Çox xoşbəxt və məmnunam"

İdman.biz xəbər verir ki, bunu "Flamenqo"nun heyətində ilk oyununu keçirən "Qarabağ"ın keçmiş hücumçusu Juninyo "Sportv"yə müsahibəsində deyib.

O, "Flamenqo"da debüt etməyin və bu klubun formasını geyinməyin əla hiss olduğunu vurğulayıb: "Səhv etmirəmsə, cəmi dörd məşqə çıxmışam. Komanda yoldaşlarımla yavaş-yavaş anlaşıram. Komandada yalnız keyfiyyətli oyunçular var. İndi deyə bilərəm ki, bu mənim üçün bir xəyal idi".

Qeyd edək ki, "Flamenqo"nun Rio-de Janeyro ştatının çempionatı çərçivəsində səfərdə "Volta Redonda"ya 2:0 hesabı ilə qalib gəldiyi oyunda Juninyo 60-cı dəqiqədə meydana çıxıb.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью