Juninyo daha bir məşhur klubdan cəlbedici təklif aldı Hansını seçəcək?

08.01.2025

Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Qarabağ"ın hücumçusu Olavio Juninyonun "Sevilya"ya transferi baş tutmaya bilər.

Fanat.Az xəbər verir ki, bu barədə son məlumatı sosial şəbəkə hesabları üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Xəbərə görə, braziliyalı hücumçunun yaxın günlərdə Əndəlüs təmsilçisində tibbi müayinədən keçməsi planlaşdırılsa da, "Flamenqo"nun forvarda göndərdiyi təklif vəziyyəti dəyişib. Mənbə Braziliya klubunun da "Qarabvağ"a 5 milyon avro ödəməyə hazır olduğunu, lakin 28 yaşlı futbolçunun özünə iki dəfə çox maaş vəd etdiyini vurğulayıb. Juninyonun La Liqa klubuna transferinin məhz bu səbəbdən yubandığı bildirilib.

Nihat

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью