Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov futbolçusu Olavia Juninyonun İspaniyanın “Sevilya” klubundan təklif alması barədə danışıb.
“Qafqazinfo” xəbər verir ki, təcrübəli mütəxəssis braziliyalı forvardın transfer söhbətinə görə az yatdığını bildirib.
Q.Qurbanov buna görə onu meydana buraxmadığını sözlərinə əlavə edib: “Juninyo dedi ki, neçə gündür transfer söhbətlərinə görə az yatıram, oyuna hazır deyiləm.
Ona səmimiliyinə görə təşəkkür etdim”. Baş məşqçi onun gedişi ilə bağlı isə bunları deyib: “Komandadan gedən hər oyunçu mənim üçün problem y
Çünki yeni gələnlərin uyğunlaşması vaxt tələb edir. Bu, işimə mane olur. Amma “Sevilya” kimi klubdan rəsmi təklifin gəlməsi xoşdur.
Klubla danışıqlar gedir. Burada klubun da marağı olmalıdır. Artıq Avropa bazarına çıxmışıq.
“Böyük beşlik” ölkələrindən təklif gəlməsi irəliyə doğru addımdır. Bundan sonra bizə, çempionatımıza diqqət çox olacaq.