Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Qarabağ"dan Braziliya təmsilçisi "Flamenqo"ya transfer olunan Olavio Juninyo tibbi müayinədən keçib və ilk üç rəsmi oyunda iştirak etməyəcək.
"Report" xəbər verir ki, bu barədə "Globo" nəşri məlumat yayıb. Nəticələr A Seriyası təmsilçisinin ABŞ-dəki nümayəndə heyətinə göndərilib.
28 yaşlı hücumçu komandanın sözügedən ölkədəki təlim-nəşq toplanışına qatılmayacaq.
"Flamenqo" yanvarın 20-də "San-Paulu" ilə yoxlama oyunundan sonra Braziliyaya dönəcək.
Juninyo məhz komanda qayıtdıqdan sonra ictimaiyyətə təqdim ediləcək.
Bundan əlavə, forvard "Carioca - Taca Guanabara" turnirində "Madureira", "Nova İquacu" və "Banqu" ilə matçlarda iştirak etməyəcək.
Onun yanvarın 25-də eyni yarışda "Volta Redonda" ilə görüşdə debütü gözlənilir. Qeyd edək ki, "Qarabağ" bu keçiddən 5 milyon avro qazanacaq.