Juninyo: Flamenqonu ən yaxşı şəkildə təmsil etməyə çalışacağam AZƏRTAC

15.01.2025

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 15 yanvar, AZƏRTAC

"Flamenqo" azarkeşlərindən xoş mesajlar aldım".

AZƏRTAC xəbər verir ki, bu sözləri "Qarabağ"dan ayrılaraq Braziliyanın "Flamenqo" komandasına keçən Olavio Juninyo Rio-de-Janeyro təmsilçisinin mətbuat xidmətinə açıqlamasında deyib.

28 yaşlı forvard A Seriyası klubuna keçdiyi üçün xoşbəxt olduğunu bildirib: "Bu komandanı ən yaxşı şəkildə təmsil etməyə çalışacağam. Çox təşəkkür edirəm".

Qeyd edək ki, Juninyo "Flamenqo" ilə 2028-ci ilə qədər müqavilə imzalayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью