Juninyo “Flamenqo”ya keçidi haqda

16.01.2025

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Qarabağ”dan “Flamenqo”ya keçən Juninyo sosial şəbəkə hesabında paylaşım edib.

Futbolpress.az xəbər verir ki, hücumçu Braziliya klubuna keçidi haqda bunları yazıb:

“Karyeramda yeni səhifə açdığım üçün xoşbəxt və motivasiyalıyam. Arzular reallaşdı”.

Juninyo 2023-cü ilin yayından 2025-ci ilin yanvarına kimi “Qarabağ”da forma geyinib. O, “atlılar”da 81 oyunda 41 qol vurub, 14 məhsuldar ötürmə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью