Icma.az, Idmanxeber.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Qarabağ”ın hücumçusu Olavio Juninyonun komandadan ayrılacağı ehtimal yüksəkdir.
Bir müddətdi yerli və xarici mətbuatda braziliyalının “Sevilya”ya transfer olunduğu yazılır.
Hələlik bu keçid reallaşmasa da, qısa vaxtda məsələnin həll olacağı gözlənilir.
Müzakirə olunan məsələlərdən biri də Juninyonun mümkün transferinin komandaya nə qədər təsir edəcəyidir.
Cari mövsüm avrokuboklarda məhsuldarlıq problemi yaşayan Ağdam təmsilçisinin braziliyalı forvardın gedişindən sonra işləri daha da çətinləşə bilər.
Juninyonun ayrılığının komandaya nə dərəcə təsir edəcəyini millimizin sabiq hücumçusu Samir Musayevlə danışdıq.
O, İdmanxeber.az saytına 28 yaşlı hücumçunun “Sevilya”ya mümkün transferini belə şərh etdi: “İnanmıram ki, Juninyonun gedişi “Qarabağ”ı zəiflətsin.