Juninyo ilin bombardirləri siyahısında

04.12.2024

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2024-cü ilin ən yaxşı bombardirlərinin siyahısını açıqlayıb.

QOL.az xəbər verir ki, siyahıda 54 futbolçu yer alıb. Onların arasında "Qarabağ"ın hücumçusu Juninyo da var.

O, 2024-cü ildə 26 qol vurmağı bacarıb və 45-ci pillədə qərarlaşıb. 28 yaşlı forvard Misli Premyer Liqasında 10, avrokuboklarda 11, Azərbaycan kubokunda isə 5 qola imza atıb. 

Juninyodan sonrakı 9 futbolçu da bu il 26 dəfə fərqlənib.

1-ci yerdə isə "Sportinq"in futbolçusu Viktor Qyökereş yer alıb. O, 59 qol vurub.

"Mançester Siti"dən Erlinq Haaland 2-ci (47 qol), "Bavariya"dan Harri Keyn 3-cüdür (46 qol). 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью