Juninyo ilk dəfə Sevilyaya transferi haqda danışdı

22.12.2024

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, La Liqa təmsilçilərindən "Sevilya" "Qarabağ"ın hücumçusu Olaviyo Juninyo üçün Ağdam klubuna rəsmi təklif göndərib. 

Apasport.az xəbər verir ki, 28 yaşlı braziliyalı ilk dəfə La Liqa klubundan aldığı təklif barəsində açıqlama verib:

"Hazırda bu barədə çox danışa bilmərəm. Çünki məndən əvvəl klubum var. Bu, təkcə məndən asılı olan məsələ deyil".

Xatırladaq ki, ilkin mərhələdə Ağdam təmsilçisi ispanlar tərəfdən təklif olunan məbləğin onları qane etmədiyinə dair qarşı tərəfə cavab verib. Hazırda danışıqlar prosesi ikinci mərhələdədir.

Qeyd edək ki, 2023-cü ilin yayında Ağdam klubuna keçən Juninyonun "Qarabağ"la müqaviləsi 2026-cı ilin iyununda başa çatacaq.

“Zirə”dən səfər qələbəsi - YENİLƏNİB “Sabah”ın 3 futbolçusu mükafatlandırılıb Kurban Berdıyev: “Lazımsız xallar itirdik” Samir Abasov: “Burda bunu deməyəcəm” Tovuzda qalib müəyyənləşmədi - YENİLƏNİB
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью