Juninyo Meksikada növbəti qolunu vurdu

14.04.2026

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Juninyo Meksikada növbəti qolunu vurdu

"Pumas"da çıxış edən "Qarabağ"ın sabiq futbolçusu Olavio Juninyo Meksika klubunda növbəti qolunu vurub.

QOL.az xəbər verir ki, braziliyalı hücumçu 14-cü turda "Mazatlan"la keçirilən görüşdə fərqlənib.

O, 3:1 hesabı ilə qalib gəldikləri matçda komandasının 2-ci qolunu vurub. Bu, onun yanvar ayından çıxış etdiyi "Pumas"da 14-cü oyununda 6-cı qoludur.  29 yaşlı forvard bu müddətdə 3 qol ötürməsi də edib. Hazırda "Pumas" 27 xalla 4-cü pillədədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью