Qol.az saytına istinadən Icma.az xəbər verir.
Juninyo Meksikada növbəti qolunu vurdu - Video
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
"Pumas"da çıxış edən "Qarabağ"ın sabiq futbolçusu Olavio Juninyo Meksika klubunda növbəti qolunu vurub.
QOL.az xəbər verir ki, braziliyalı hücumçu 14-cü turda "Mazatlan"la keçirilən görüşdə fərqlənib.
O, 3:1 hesabı ilə qalib gəldikləri matçda komandasının 2-ci qolunu vurub. Bu, onun yanvar ayından çıxış etdiyi "Pumas"da 14-cü oyununda 6-cı qoludur. 29 yaşlı forvard bu müddətdə 3 qol ötürməsi də edib. Hazırda "Pumas" 27 xalla 4-cü pillədədir.