Juninyo məsələsində nöqtə qoyuldu: Bu gün Rioya uçur

13.01.2025

Icma.az bildirir, Publika.az saytına əsaslanaraq.

"Flamenqo" Juninyonu transfer ilə bağlı "Qarabağ"la anlaşıb.

Publika.az xəbər verir ki, bu barədə "Globo" məlumat yayıb.

Ötən gün Azərbaycan klubu müqavilənin yekun variantına razılıq verib. Bildirilir ki, danışıqlar yekunlaşdığı üçün hücumçu bu gün Rio-de-Janeyroya yollanacaq. O, tibbi müayinədən keçdikdən sonra "qırmızı-qaralar"la 4 il müddətinə olan (red - 2028-ci ilin sonuna qədər) müqaviləyə imza atacaq.

Hücumçunun mövsümöncəsi ABŞ-da təlim-məşq toplanışında olan komandanın düşərgəsinə qatılacağı gözlənilirdi. Amma bu, futbolçunun sənədlərinin tam hazır olmamasına görə baş verməyəcək.

"Flamenqo" "Qarabağ"a hissə-hissə 5 milyon avro ödəyəcək. Klub bu transferin xərclərini qarşılamaq üçün Fabrítsio Brunonu 7 milyon avroya "Kruzeyro"ya satmağı planlaşdırır.

Heybət

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью