Juninyo olmur, Varqas olsun İdman və Biz

10.01.2025

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Qarabağ"dan Juninyonun transferini reallaşdıra bilməyən "Sevilya" hücum xəttini İsveçrə millisinin oyunçusu Ruben Varqasla gücləndirib.

İdman.biz xəbər verir ki, 26 yaşlı futbolçu 2019-cu ildən Almaniyanın “Auqsburq” klubunda çıxış edib.

Varqas bu mövsüm bütün turnirlərdə 10 oyun keçirib və cəmi 1 qol vurub. Nüfuzlu “Transfermarkt” futbolçunun transfer dəyərini 7 milyon avro məbləğində qiymətləndirir.

Qeyd edək ki, Varqas 2019-cu ildən İsveçrə millisində 50 oyunda 8 qol vurub.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью