Juninyo Qarabağ ın ÇL dəki uğurundan və Qurban Qurbanovdan danışdı: Uğurlu çıxış edəcəklər…
Icma.az, Sportal.az saytına istinadən bildirir. “Qarabağ”ın sabiq hücumçusu Juninyo Olavio Ağdam klubunda keçirdiyi vaxtları xatırlayıb.
Sportal.az xəbər verir ki, Braziliyanın "GE" nəşrinə danışan forvard Azərbaycan çempionunun uğurlarında Qurban Qurbanovun vacibliyindən bəhs edib: "Azərbaycana gələndə azarkeşlər və klub məni çox mehriban qarşıladı.
Yerli ab-havaya bir az öyrəşmədiyimi hiss etdim, amma böyük sevgi gördüm.
Qurban Qurbanov təmkinli, səbirli, amma bütün oyunçularına kömək etməyə çalışan biridir. O, futbolçularından ən yaxşısını almağa çalışır.
Onları necə idarə etməli olduğunu bilir, 2008-ci ildən bu yana kluba uğur qazandırır.
Qurban Qurbanov komandaya rəhbərlik etməyi bilən və hər kəsin əhvalını anlayan bir məşqçidir.
Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın “Bayer” komandasına qarşı keçirdiyimiz matçları xatırlayıram (2:2, 2:3).
Bu mərhələyə gəlmək bizim üçün böyük uğur idi. Axı əvvəllər belə bir şey olmamışdı.
Tam oxu
Xəbəri oxu