Juninyo “Qarabağ”dan gedir? Klubdan açıqlama

17.12.2024

Icma.az, Bakupost portalına istinadən məlumat verir.

“Bəli, “Sevilya”dan Olavio Juninyo ilə bağlı rəsmi təklif almışıq”.

Bakupost.az xəbər verir ki, bunu “Qafqazinfo”ya açıqlamasında “Qarabağ”ın direktoru Emrah Çelikel deyib.

İspaniya təmsilçisinin Ağdam klubunun futbolçusuna elçi düşməsini şərh edən klub rəsmisi bildirib:

“Juninyonun klubumuz üçün çox önəmli futbolçu olduğu hər kəsə məlumdur. Hazırda edilən təkliflə ümumiyyətlə, razılaşmırıq. Çünki həm qış transfer dönəmində istənilən futbolçunu transfer etmək olmur, həm də Juninyo bizim üçün vacib oyunçudur. Amma sevindirici haldır ki, “Sevilya” kimi məşhur klub “Qarabağ”ın futbolçusuna maraq göstərir və bunu edərkən bizə qarşı böyük ehtiram sərgiləyir. Amma reallığa baxanda, bugünkü gündə transferə razılıq verməmişik”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью