Juninyo Qarabağı La Liqa təmsilçisinə dəyişəcəkmi? rəsmi təklif var!

18.12.2024

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

"Qarabağ"ın hücumçusu Olavio Juninyo karyerasını İspaniyada davam etdirə bilər.

"Football-plus.az" xəbər verir ki, bu barədə "cope.es" saytı məlumat yayıb.
Nəşrin iddiasına görə, "köhlən atlar"ın futbolçusu "Sevilya"dan təklif alıb. La Liqa təmsilçisi qış fasiləsində Juninyonu heyətinə qatmaqda israrlıdı. Klub oyunçu üçün ağdamlılara 2 milyon avro ödəmək istəyir. Bəs, niyə məhz Juninyo? Ona görə ki, "Sevilya"nın baş məşqçisi Viktor Ortanın birinci transfer hədəfi odu!
Qeyd edək ki, Juninyonun "Qarabağ"la müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq. Bu arada klub rəsmiləri yerli mətbuata açıqlamalarında "Sevilya"dan rəsmi təklif aldıqlarını etiraf edib.
KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью