Juninyodan sonra Braziliya millisinin kapitanı

25.01.2025

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

"Qarabağ"dan Juninyonu transfer edən "Flamenqo" heyətini gücləndirməkdə davam edir.

İdman.biz xəbər verir ki, "ge.globo" "Yuvenyus"un və Braziliya millisinin kapitanı Danilo Rio-de-Janeyro klubuna keçəcəyi ilə bağlı məlumat paylaşıb.

"Real Madrid" və "Mançester Siti"nin sabiq müdafiəçisi gələn həftə "Yuve" ilə müqaviləsini ləğv edəcək.

Qeyd edək ki, 2019-cu ildən "Yuventus"da çıxış edən 33 yaşlı braziliyalı futbolçu 1965-ci ildə Omar Sivoridən sonra klubun ilk qeyri-italiyalı kapitanı olub.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью