Juninyonu yenə qol vurdu Video

13.03.2025

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

Braziliyada Karioka Liqasının finalında ilk oyun keçirilib.

QOL.az xəbər verir ki, Rio derbisində “Fluminense” “Flamenqo”nu qəbul edib. Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Hazırda “Flamenqo”da oynayan “Qarabağ”ın sabiq futbolçusu Juninyo 66-cı dəqiqədə Platanın əvəzinə meydana daxil olub. Cəmi 10 dəqiqə sonra isə Juninyo qol vurub (komandasının oyunda ikinci və sonuncu qolu). Bu, onun hazırkı klubunda 2-ci qolu olub (7 oyuna).

Matç “Flamenqo”nun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Fluminense” - “Flamenqo” - 1:2
Qollar
: Fransa, 6 (0:1), Juninyo, 76 (0:2), Keno, 88 (1:2)

Cavab matçı martın 16-da keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью