Статья не опубликована
Juninyonun “Flamenqo”ya transferi rəsmiləşib | Icma.az

Juninyonun “Flamenqo”ya transferi rəsmiləşib

24.01.2025

Aznews.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Qarabağ"ın futbolçusu Olavio Juninyo “Flamenqo”ya transfer olunub.

Aznews.az xəbər verir ki, 28 yaşlı hücumçu Braziliya klubu ilə müqavilə imzalayıb.

Bunu Ağdam təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Juninyo 2028-ci ilə qədər Braziliya klubunun şərəfini qoruyacaq. O, komandada 23 nömrəli formanı geyinəcək.

2023-cü ilin yayından Azərbaycan çempionunun formasını geyinən braziliyalı forvard bu müddətdə 81 oyunda 42 qol vurub. O, Premyer Liqada 48 (23 qol), ölkə kubokunda 6 (5 qol), avrokuboklarda 27 (14 qol) matç keçirib.

O, komanda ilə ölkə çempionu və kubokunun qalibi olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью