Juninyonun gedişi itki sayıla bilər, amma... Qurban Qurbanov

09.01.2025

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

"Juninyonun gedişi itki sayıla bilər, amma bu keçid reallaşsa, Azərbaycan futbolu üçün önəmli hadisə olacaq".

Fanat.Az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Kəpəz"lə keçirilən yoxlama oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

Təcrübəli mütəxəssis hücumçu Olavio Juninyo ilə Braziliyanın "Flamenqo" və İspaniyanın "Sevilya"nın maraqlanmasına belə münasibət bildirib:

"Juninyo məsələsi konkretləşməyib. Əvvəl "Sevilya" ilə demək olar razılaşdırılmışdı. Daha sonra "Flamenqo" variantı ortaya çıxdı. Belə klublardan bizə təklif gəlməsi "Qarabağ"ın böyüməsi deməkdir. İstər İspaniya, istərsə də Braziliya mətbuatı "Qarabağ"dan yazmağa başladı. Bu işdə futbolçunun özünün də istəyi önəmlidir. Hər şey yaxın günlərdə dəqiqləşəcək".

Qeyd edək ki, "Qarabağ" bu gün "Azərsun Arena"da keçirilən yoxlama oyununda "Kəpəz"ə 5:1 hesabı ilə qalib gəlib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью