Juninyonun Qarabağdan ayrılacağı tarix açıqlandı

06.01.2025

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Qarabağ" klubunun ulduz futbolçusu Olavio Juninyonun Azərbaycandan ayrılacağı tarix bəlli olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, braziliyalı forvard bu həftə İspaniyaya gedərək "Sevilya" klubu ilə 2+1 illik müqavilə imzalayacaq.

"Qarabağ" futbolçunun keçidindən dörd milyon avro gəlir əldə edəcək.

Bundan əlavə Əndəlüs təmsilçisi qitənin bir nömrəli klub turnirinə qatılsa, "köhlən atlar"a 250 min avro ödəyəcək. "Qarabağ" 28 yaşlı hücumçunun növbəti satışından isə 20 faiz gəlir əldə etmək hüququna da malik olacaq.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью