Juninyonun Sevilyaya transferi baş tutmadı: Futbolçu bu kluba keçir

07.01.2025

Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.

"Qarabağ"ın futbolçusu Juninyonun "Sevilya"ya keçidi baş tutmaya bilər.

Sportal.az xəbər verir ki, buna səbəb klublar arasında razılıq əldə olunmamasıfır. Bu barədə jurnalist Qonsalo Tortosa məlumat yayıb.

Xəbərdə bildirilir ki, Juninyo "Sevilya"ya yox, "Flamenqo"ya keçəcək. Braziliya klubu 28 yaşlı hücumçu üçün daha yaxşı şərtlər təklif edib. A Seriyası təmsilçisinin braziliyalı forvarda da İspaniya klubundan 3 dəfə artıq maaş təklif etdiyi qeyd olunub.

Qeyd edək ki, daha əvvəl "Qarabağ"ın Juninyonun transferi ilə bağlı 4+1 milyon avro qarşılığında anlaşdığı bildirilirdi. La Liqa klubu hətta futbolçu üçün tibbi müayinənin vaxtını da təyin etmişdi.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью