Juninyonun transferi neçəyə başa gələcək?

05.01.2025

Icma.az, Manset portalına istinadən məlumatı açıqlayır.

Tanınmış insayder Fabritsio Romano “Qarabağ”la “Sevilya” arasında Juninyonun transferi ilə bağlı razılaşmanın təfərrüatlarını açıqlayıb.

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, o, “X” hesabındakı paylaşımında La Liqa təmsilçisinin bu transfer üçün Ağdam klubuna 4 milyon avro + 1 milyon avro bonus ödəyəcəyini qeyd edib.

Həmçinin, “Sevilya”nın braziliyalı hücumçunun satış məbləğinin 20 faizini Ağdam təmsilçisinə ödəyəcəyi ilə bağlı bənd də müqavilədə yer alacaq.

O da qeyd olunub ki, hələ dəqiqləşdirilməmiş bir neçə detal var, bunlar həllini tapandan sonra transfer rəsmiləşəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью