futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
“Qarabağ”ın sabiq futbolçusu Juninyonun yeni klubu açıqlanıb.
Futbolpress.az xəbər verir ki, braziliyalı hücumçu “Pumas”a keçib. Bu barədə Meksika klubunun mətbuat xidməti məlumat yayıb.
Juninyo bu ilin əvvəlində Braziliya təmsilçisi “Flamenqo”ya keçmişdi. O, bu klubla Libertadores Kubokunu və Braziliya Liqasını qazanıb.