Juninyoya elə maaş təklif etdilər ki… İdmanXəbər

09.01.2025

Idmanxeber.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

 Braziliyanın “Flamenqo” klubu “Qarabağ”ın hücumçusu Olavio Juninyonu transfer etməkdə israrlıdı.

İdmanxeber.az-ın məlumatına görə, Braziliya təmsilçisi “sambaçı”ya təklif etdiyi maaş məlum olub.

Xarici KİV yazır ki, 28 yaşlı hücumçu ilə aylıq 700000 Braziliya realı (təxminən 206000 manat) qarşılığında şifahi razılıq əldə etdiyi bildirilir.

“Qarabağ”n isə bu keçiddən 4 milyon avro qazanacağı qeyd olunub.

Xatırladaq ki, Juninyo 2023-cü ildən “Qarabağ”ın formasını geyinir. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью