Juninyoyla bağlı hamını maraqlandıran suala cavab tapıldı! bu gün nə baş verib?

03.01.2025

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son günlər “Qarabağ”ın braziliyalı ulduzu Juninyonun “Sevilya”ya mümkün transferi ilə bağlı xəbərlər o qədər intensivləşib ki, onun ağdamlıların bu gün başlayan təlim-məşq toplanışına qatılıb-qatılmayacağı maraq doğururdu.

Odu ki, “Qarabağ”ın mətbut katibi Anar Hacıyevə müraciət etdik. O, “Football-plus.az”a açıqlamasında hücumçunun Azərbaycana gəldiyini təsdiqlədi, “bəli, Juninyo bu gün komanda ilə məşqə qatılıb” dedi.
Klubun rəsmi "facebook" səhifəsində yayınlanan şəkillərdən də aydın olur ki, Olavio bu gün məşqdə iştirak edib.


RÖYANƏ OĞUZ
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью