Jurnalist Mayis Əlizadə Türkiyədə vəfat edib

06.03.2025

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Türkiyədə yaşayan tanınmış azərbaycanlı jurnalist Mayis Əlizadə vəfat edib.

Bu barədə APA-ya mərhumun oğlu Toğrul Əlizadə məlumat verib.

O bildirib ki, atası bu gün səhər saatlarında ürəktutmasından dünyasını dəyişib.

T. Əlizadə atasının sabah Türkiyədə dəfn ediləcəyini bildirib.

Qeyd edək ki, Mayis Əlizadə Türkiyə və Azərbaycanda bir sıra mətbuat orqanları, o cümlədən APA ilə əməkdaşlıq edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью